Servis
Biz SonoScape USM cihazlarının satışı ilə yanaşı, həmin avadanlıqlarla bağlı istənilən texniki problemləri də aradan qaldırırıq. Bizdən cihaz alan hər bir müştəriyə 1 il rəsmi zəmanət daxilində pulsuz, bu müddət başa çatdıqda isə ən münasib qiymətlərlə servis xidməti təklif olunur.
SonoScape USM cihazları yüksək keyfiyyətlə istehsal edildiyindən onların təmirinə çox nadir hallarda ehtiyac yaranır. Nasazlıq baş verdikdə isə cihaz ilk növbədə peşəkar mütəxəssislərimiz tərəfindən diaqnostika olunur. Onun nəticəsinə əsasən zəruri hissələrlə bərpa edilir və çox qısa zamanda sahibinə işlək vəziyyətdə təhvil verilir.
Təmirin dəqiqliklə və operativ formada aparılması müştəri məmnuniyyətinin başlıca təminatıdır.